File engine/modules/calal/meteo.php not found.
1$ = 1.70₼

Xarici xəbərlər

Ukrayna və ABŞ faydalı qazıntılar üzrə saziş haqqında memorandum imzalayıblar

18-apr-2025
Admin
Ukrayna və ABŞ faydalı qazıntılar üzrə saziş haqqında memorandum imzalayıblar
Yazı Ölçüsü:

Ukrayna ilə ABŞ arasında faydalı qazıntılar üzrə sazişə dair memorandum imzalanıb.

"PostMedia" xəbər verir ki, bu barədə Ukraynanın birinci baş nazir müavini – iqtisadiyyat naziri Yuliya Sviridenko Facebook səhifəsində yazıb. 
“Bu gün ABŞ ilə iqtisadi tərəfdaşlıq haqqında birgə sazişə doğru bir addım atdıq. Ukrayna və Amerika Birləşmiş Ştatları komandalarımızın birgə fəaliyyətini və hər iki xalq üçün faydalı olacaq saziş bağlamaq niyyətimizi təsdiqləyən memorandumu imzaladılar”, – deyə o, məlumat verib.
Baş nazir müavini əlavə edib ki, tərəflər Ukraynanın bərpası üçün investisiya fondu yaratmağa hazırlaşırlar. Onun sözlərinə görə, gələcək saziş əhəmiyyətli maliyyə yatırımlarına və Ukrayna infrastrukturunun modernləşdirilməsinə imkan açacaq. “İrəlidə bizi sazişin mətninin tamamlanması və imzalanması gözləyir. Daha sonra isə parlamentlər tərəfindən ratifikasiya prosesi gəlir. Peşəkar, konstruktiv və sürətli işlərinə görə ukraynalı və amerikalı texniki komandalarımıza təşəkkür edirəm”, – deyə Sviridenko yekunlaşdırıb.
Qeyd edğk ki, faydalı qazıntılar üzrə sazişin imzalanması 28 fevralda Vladimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında Ağ Evdə keçirilən görüşdə baş verən söz atışmasından sonra baş tutmamışdı. Martın 27-də isə Kiyev məlumat yayıb ki, Vaşinqtondan sənədin əvvəlkindən daha sərt redaktə olunmuş versiyasını alıb. Yeni layihə Kiyevi 120 milyard dollardan çox məbləğdə yardımın əvəzini ödəməyə məcbur edir. ABŞ həmçinin, Ukraynanın bərpası üçün yaradılacaq investisiya fonduna nəzarət hüququ qazanacaq. Bu fonda Kiyevin faydalı qazıntıların hasilatından əldə etdiyi gəlirdən və lisenziya ödənişlərindən ayrılan vəsaitlər daxil olacaq. Bundan sonra Ukrayna hakimiyyəti dəfələrlə bəyan edib ki, hələ də sazişlə bağlı öz mövqeyi üzərində işləyir, Zelenski isə Vaşinqtonun şərtləri dəyişdirməsindən şikayətlənib.

Kateqoriyalar