ABŞ Hərbi Hava Qüvvələri Yəmənin şimal-qərbində yerləşən, eyni adlı vilayətin inzibati mərkəzi olan Səada şəhərinə aviazərbələr endirib. "PostMedia" xəbər verir ki, bu barədə Yəmənin "Ənsar Allah" hərəkatının nəzarətində olan Al Masirah telekanalı məlumat yayıb.
Onların verdiyi məlumata görə, xüsusilə Afrika ölkələrindən gələn miqrantların saxlanıldığı penitensiar müəssisə bombardman edilib. İlkin məlumata əsasən, həlak olan və yaralananların sayı onlarla ölçülür. Bina yanır. Ərazidə mülki müdafiə qüvvələri çalışır – onlar yanğını söndürməyə və içəridə qalan insanları xilas etməyə çalışırlar.
Digər tərəfdən, Livanın Al Mayadeen telekanalı xəbər verib ki, Səada şəhərinin xəstəxanaları yaralılarla dolub.