File engine/modules/calal/meteo.php not found.
1$ = 1.70₼

Xarici xəbərlər

İran Prezidenti partlayış baş vermiş əraziyə gedib

27-apr-2025
Admin
İran Prezidenti partlayış baş vermiş əraziyə gedib
Yazı Ölçüsü:

İran Prezidenti Məsud Pezeşkiyan aprelin 26-da Şəhid Rəcəi limanında baş vermiş və onlarla insanın həyatını itirməsinə səbəb olan güclü partlayışın baş verdiyi əraziyə səfər edib.

PostMedia” İran mediasına istinadən xəbər verir ki, Prezident hadisənin nəticələrini yerində qiymətləndirmək və xilasetmə işlərini izləmək məqsədilə Hormozqan vilayətinə gedib.

Qeyd edək ki, limanda baş verən partlayış nəticəsində ölənlərin sayı 36-ya çatıb, yaralananların sayı isə 800-dən çoxdur.

Prezident Pezeşkiyan hadisənin dərhal araşdırılması üçün göstəriş verib və daxili işlər naziri İskəndər Mömini hadisə yerinə göndərib.

Qeyd edək ki, hadisə zamanı təhlükəli kimyəvi maddələrin saxlandığı konteynerlərdə yanğın baş verib və bu, böyük partlayışa səbəb olub.

Kateqoriyalar