File engine/modules/calal/meteo.php not found.
1$ = 1.70₼

Xarici xəbərlər

Lavrov: "Moskva Bakı və İrəvan arasında sülh müqaviləsinin imzalanması üçün yardıma hazırdır"

23-may-2025
Admin
Lavrov: "Moskva Bakı və İrəvan arasında sülh müqaviləsinin imzalanması üçün yardıma hazırdır"
Yazı Ölçüsü:
"Rusiya Ermənistan və Azərbaycanın sülh müqaviləsi imzalamasında uğur qazanmasını səmimi qəlbdən arzulayır və belə bir sənədin hazırlanması və imzalanması prosesində tərəflərə hər cür yardım göstərməyə davam etməyə hazırdır". "PostMedia" xəbər verir ki, bu barədə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov "Tarixi cənub rus torpaqlarına həsr olunmuş konfransda" bildirib.
O qeyd edib: "Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi imzalanmalıdır, biz onlara bu işdə səmimi uğurlar arzulayırıq. Aydındır ki, bu müqavilə Rusiya-Azərbaycan-Ermənistan formatında keçirilən bir neçə üçtərəfli sammitin nəticəsində mümkün olub. Əgər hər iki tərəf maraqlıdırsa, biz bundan sonra da yardım etməyə hazırıq".
Lavrov diqqətə çatdırıb ki, Ermənistan tərəfindən hazırda işlənən “Sülh kəsişməsi” təşəbbüsünün praktikada reallaşması üçün Azərbaycanla sülh müqaviləsinin imzalanması zəruri şərtdir. Bu təşəbbüs Ermənistanın öz ərazisini və logistik imkanlarını ümumkontinental böyük proseslərə inteqrasiya etdirməyə yönəlib.
Nazir bu kontekstdə bildirib: “Bütün infrastruktur layihələrinin inkişaf etməsi, Çinli dostlarımızın dediyi kimi, minlərlə və milyonlarla çiçəyin açması vacibdir”. Lakin bu planların həyata keçirilməsi üçün, onun sözlərinə görə, Azərbaycanla sülh müqaviləsindən əlavə, Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması da tələb olunur.
Lavrov vurğulayıb ki, münaqişələrin aradan qaldırılması nəticəsimdə tətbiq olunmuş nəqliyyat və iqtisadi əlaqələrə qoyulan qadağaların ləğv edilməsi ümumilikdə bütün qitənin rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq.
Kateqoriyalar