File engine/modules/calal/meteo.php not found.
1$ = 1.70₼

Xarici xəbərlər

Ermənistanın sabiq prezidenti Rusiya ilə strateji münasibətlərin bərpasına çalışır

19-may-2025
Admin
Ermənistanın sabiq prezidenti Rusiya ilə strateji münasibətlərin bərpasına çalışır
Yazı Ölçüsü:
Ermənistanın sabiq prezidenti Robert Koçaryan bildirib ki, Ermənistan-Rusiya əlaqələrinə İran amili əlavə edilməli və bu münasibətlər üçtərəfli formata çevrilməlidir.
"PostMedia" TASS-a istinadən xəbər verir ki, Ermənistanın keçmiş prezidenti (2008–2018), müxalif "Ermənistan" blokunun lideri Robert Koçaryan yerli KİV-lərlə keçirdiyi mətbuat konfransında bildirib ki, ölkəsi Rusiya ilə strateji münasibətləri bərpa etməli və İranla strateji tərəfdaşlıq qurmalıdır.
“Rusiya ilə strateji tərəfdaşlığı bərpa etmək və bu münasibətlərə İran amilini də daxil etmək lazımdır. Ermənistan-Rusiya əlaqələrinə İran komponenti əlavə olunmalı və bu münasibətlər üçtərəfli formata çevrilməlidir”, – deyə Koçaryan qeyd edib. O, Ermənistan baş naziri Nikol Paşinyanın administrasiyasını Ermənistan-Rusiya münasibətlərində gərginliyin yaranmasında ittiham edib.
Koçaryan onu da bildirib ki, onun hakimiyyətə gəlmək və Ermənistanı Rusiya və Belarusla birlikdə İttifaq Dövlətinə daxil etmək istədiyi barədə iddialar əsassızdır. “Prezident olduğum dövrdə nə prezident Yeltsin, nə prezident Putin, nə də prezident Lukaşenko bu məsələ ilə bağlı mənə müraciət etməyiblər. Biz həmin vaxt bu məsələ ilə onlara müraciət etsəydik, hansı ilkin şərtlərin irəli sürüləcəyini bu günə qədər bilmirəm”, – deyə o əlavə edib.
Kateqoriyalar