Bişkek İrəvan və Bakı arasında sülh müqaviləsinin imzalanması üçün ev sahibliyi təklif edib
"PostMedia" TASS-a istonadən xəbər verir ki, Qırğızıstan Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün məkan təqdim etməyə hazırdır. Bu barədə Qırğızıstan parlamentinin spikeri Nurlanbek Turğunbek oğlu İrəvanda erməni həmkarı Alen Simonyanla görüşündə bildirib. Onun sözlərini Ermənistan Milli Məclisinin mətbuat xidməti yayıb.
Məlumata görə, Simonyan görüşdə Ermənistan və Azərbaycan arasında artıq hazır olan sülh müqaviləsi layihəsinə toxunaraq, erməni tərəfinin onu imzalamağa hazır olduğunu vurğulayıb.
“Müvafiq olaraq, Qırğızıstan parlamentinin spikeri qeyd edib ki, Qırğızıstan Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün məkan təqdim etməyə hazırdır".