Türkiyə mediasının diqqəti Ukrayna üzrə İstanbulda keçiriləcək danışıqlara yönəlib
"PostMedia" xəbər verir ki, bütün Türkiyə mediasının diqqəti hazırda Rusiya və Ukrayna arasında İstanbulda keçiriləcək birbaşa danışıqların ikinci raunduna yönəlib.
"İstanbul sülh sammitini gözləyir. Türkiyə bir daha tarixi görüşə ev sahibliyi edəcək", – NTV telekanalı xəbər blokunun başlığında belə yazır. “Diplomatiyanın ürəyi yenidən Türkiyədə döyünəcək”, – deyə A Haber telekanalı bildirir və xatırladır ki, Ukrayna ilə bağlı danışıqlar əvvəllər də bu ölkədə baş tutub. "Haber Global" telekanalı qeyd edir: “İstanbulda üçüncü dəfə Ukrayna üzrə sülh danışıqları meydanı təşkil olunur. Bütün dünyanın nəzərləri Türkiyəyə yönəlib”.
"Rusiya və Ukrayna nümayəndə heyətləri yenidən İstanbulda görüşür", – hökumətyönlü "Yeni Şafak" (Yeni Safak) qəzeti danışıqları belə anons edir. Nəşr, Türkiyənin xarici işlər naziri Hakan Fidanın keçən həftə Ukrayna ilə bağlı Moskvada və Kiyevdə apardığı "səyyar diplomatiya" danışıqlarını də xatırladır. "Sülh danışıqlarının ikinci raundu Çırağanda keçiriləcək", – Akşam qəzeti öz xəbərinə bu başlığı verib. Qəzet qeyd edib ki, ilk danışıqlar raundu 16 mayda İstanbulda yerləşən Dolmabağça Prezident Ofisində baş tutub.
Qeyd edək ki, Çırağan sarayında – Dolmabağçaya yaxın bir ərazidə yerləşən tarixi məkanda danışıqların yerli vaxtla saat 13:00-da başlanacağı gözlənilir. Jurnalistlər üçün mətbuat mərkəzinə giriş isə səhər saat 08:00-dan sonra başlayıb.