ABŞ Dövlət katibi Marko Rubio Türkiyəyə gəlib
"PostMedia" CNN telekanalının məlumatına əsasən xəbər verir ki, Marko Rubio ABŞ Prezidenti Donald Trampla birlikdə Səudiyyə Ərəbistanı və Qətərə etdiyi səfərdən sonra Türkiyəyə gəlib.
"ABŞ Dövlət katibi Marko Rubio Ukrayna ilə bağlı Türkiyədə gözlənilən danışıqlar fonunda Antalyaya gəlib" - bu barədə CNN telekanalı məlumat yayıb.
Xatırladaq ki, mayın 11-də Rusiya Prezidenti Vladimir Putin Kiyev rəhbərliyinə 2022-ci ildə dayandırılmış birbaşa danışıqların heç bir ilkin şərt olmadan bərpa olunmasını təklif edib. Danışıqlara 15 mayda İstanbulda başlamaq təklif olunub.
Öz növbəsində Ukrayna Prezidenti Vladimir Zelenski də 15 mayda İstanbula gəlmək niyyətində olduğunu bəyan edib. O, bu mövqeyini Donald Trampın Putinin təklif etdiyi danışıqlara dərhal razılıq verilməsi çağırışından sonra açıqlayıb.