File engine/modules/calal/meteo.php not found.
1$ = 1.70₼

Səhiyyə

Tramp COVID-lə bağlı qərar verdi - Tədqiqatların maliyyələşdirilməsi dayandırıldı

06-may-2025
Admin
Tramp COVID-lə bağlı qərar verdi - Tədqiqatların maliyyələşdirilməsi dayandırıldı
Yazı Ölçüsü:
ABŞ Prezidenti Donald Tramp COVID-ə səbəb ola biləcək virus tədqiqatlarının maliyyələşdirilməsini qadağan edib. Ağ Evin açıqlamasına görə, bu, Çində, İranda və digər ölkələrdə aparılan, həmçinin yeni pandemiyalara səbəb ola biləcək tədqiqatlara da aiddir.
"PostMedia" xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bazar ertəsi federal səviyyədə virusların yeni və patoloji funksiyalar əldə etməsi ilə bağlı tədqiqatların maliyyələşdirilməsini qadağan edən sərəncam imzalayıb.
“Bir çox insan hesab edir ki, bu cür tədqiqatlar son on ildə bizi bürüyən COVID pandemiyasının əsas səbəblərindən biri olub. Bu sərəncam ilk növbədə xaricdə belə tədqiqatların federal maliyyələşdirilməsinə qadağanın icrasını təmin etmək üçün yeni, güclü alətlər təqdim edir. O, həmçinin bu məsələ ilə bağlı digər nəzarət mexanizmlərini gücləndirir və ümumi strategiya müəyyən edir ki, biotibbi tədqiqatlar daha təhlükəsiz və nəticə etibarilə insan sağlamlığının qorunmasına yönəlmiş şəkildə aparılsın”, — deyə Ağ Ev əməkdaşı sərəncamın imzalanması zamanı Trampa bildirib.
Prezident əlavə edib: “Bu çox vacibdir. Əgər bu sərəncam əvvəl imzalansaydı, bəlkə də biz bu problemi yaşamazdıq”, — deyə pandemiyaya istinad edib.
Ağ Ev izah edib ki, sərəncam Çində, İranda və digər ölkələrdə aparılan bu tip tədqiqatlara və gələcək pandemiyalara səbəb ola biləcək digər inkişaflara da şamil olunur. Sənəd “laboratoriyalarda insidentlərin ehtimalını ciddi şəkildə azaldacaq”. Misal kimi, Çində EcoHealth Alliance təşkilatı və Uhan Virusologiya İnstitutu tərəfindən yarasa koronavirusları üzərində aparılan tədqiqat göstərilir.
Ovala kabinetdə sərəncamın imzalanmasında iştirak edən ABŞ səhiyyə və sosial xidmətlər naziri Robert Kennedi isə sübut təqdim etmədən iddia edib ki, Rusiya və Çin bioloji silahlar hazırlayır: “Biz dünyada bioloji silahlar sahəsində bir silahlanma yarışı başladıq. Çin süni intellekt və CRISPR gen redaktə texnologiyalarından istifadə edərək müxtəlif silahlar hazırlayır. Rusiya da bu prosesdə dərin şəkildə iştirak edir, eləcə də İran və digər ölkələr. Bu silahlar həmişə gözlənilməz fəsadlara səbəb olur. Onlar üçün əsaslandırma guya gələcək pandemiyalarla mübarizə üçün vaksin hazırlamaqdır. Amma bu cür tədqiqatlar tarix boyunca heç bir real fayda verməyib”.
Xatırladaq ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cian isə aprel ayında bildirib ki, Pekin Ağ Evin yeni növ koronavirusun mənşəyi ilə bağlı məsələnin siyasiləşdirilməsini qəbuledilməz hesab edir. Onun sözlərinə görə, Çin bu məsələnin elmi əsaslarla araşdırılmasının və COVID-in yaranma səbəblərinin öyrənilməsinə yönəlmiş qlobal səylərin tərəfdarıdır.
Kateqoriyalar