Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu aclıq aksiyasını dayandırıb.
”PostMedia” xəbər verir ki, bu barədə onun qızı Nigar Həzi özünün sosial media hesabında yazıb. N. Həzi atası ilə görüşdüyünü və ondan aclığı dayandırmasını xahiş etdiyini bildirib: “
İndicə ölüm ayağında olan atamla görüşdüm. Onu elə vəziyyətdə gördüm ki, qanım dondu. Ona yalvardım ki, aclığı dayandırsın. Çünki bu tək onun ölümü yox, həm də mənim və körpəmin ölümü demək idi. O ruhən elə vəziyyətdə idi ki, körpəmin həyatının təhlükə altında olduğunu belə deyə bilmədim. Sadəcə mənə, anama, qardaşıma və doğmalarımıza görə bu aclığı dayandırmasını istədim.
O da bununla razılaşdı və aclığı dayandırdı.
Həkim Adil Qeybulla indi T.Yaqublunun yanındadır.”- deyə, N. Həzi qeyd edib.