File engine/modules/calal/meteo.php not found.
1$ = 1.70₼

Dünya

Almaniya Ukraynaya yeni "Patriot" sistemlər verə bilməyəcək

11-apr-2025
Admin
Almaniya Ukraynaya yeni "Patriot" sistemlər verə bilməyəcək
Yazı Ölçüsü:
Almaniyanın müdafiə naziri vəzifəsini icra edən Boris Pistorius bildirib ki, Almaniya hazırda Ukraynaya yeni "Patriot" zenit-raket kompleksləri verə bilmir, çünki özü bu sistemlərin tədarükünü gözləyir.
"PostMedia" xəbər verir ki, bu barədə o, Almaniya və Böyük Britaniyanın birgə sədrliyi ilə ilk dəfə keçirilən Ukraynaya silah tədarükü üzrə əlaqə qrupunun Brüsseldəki iclasından sonra məlumat verib.
“Bildiyiniz kimi, Almaniya artıq Ukraynaya dörd tam “Patriot” sistemi təqdim edib. Hazırda daha çoxunu təqdim edə bilmirik, çünki Raytheon şirkətindən gələn tədarükləri gözləyirik. Bu tədarüklər, düzgün xatırlayıramsa, yalnız 2027-ci ildən başlayacaq". – deyə B.Pistorius bildirib.
Almaniya ABŞ-dan sonra Ukrayna Silahlı Qüvvələrinə ən çox silah tədarük edən ikinci ölkədir. Berlin münaqişə başladığı vaxtdan bəri Kiyevə müxtəlif növ yardımlar üçün təxminən 44 milyard avro ayırıb. Rusiya tərəfi isə bəyan edib ki, Kiyev rejiminin silahla təmin edilməsi münaqişənin uzanmasına gətirib çıxarır.
Kateqoriyalar