File engine/modules/calal/meteo.php not found.
1$ = 1.70₼

Dünya

ABŞ İrandan neft daşıyan şirkətlərə qarşı sanksiyalar tətbiq edib

16-apr-2025
Admin
ABŞ İrandan neft daşıyan şirkətlərə qarşı sanksiyalar tətbiq edib
Yazı Ölçüsü:

ABŞ Maliyyə Nazirliyi İran neftinin daşınmasında iştirak etdiyi güman edilən Çin, Malayziya və Tailanddan olan yük gəmilərinin sahiblərini sanksiya siyahısına daxil edib.

"PostMedia" xəbər veirr ki, bu barədə nazirliyin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) yaydığı məlumatda deyilir.
Xüsusi Təyin Edilmiş Vətəndaşlar və Bloklanmış Şəxslər (Specially Designated Nationals and Blocked Persons, SDN) siyahısına ümumilikdə yeddi şirkət daxil edilib. Onların arasında Honqkonq, Panama və Marşall Adaları Respublikasından olan hüquqi şəxslər də var.
Bundan əlavə, neft daşıyan beş gəmi də sanksiyalara məruz qalıb.
Bu addım, ABŞ və İran arasında İslam Respublikasının nüvə proqramı ilə bağlı aprelin 19-da keçiriləcək növbəti danışıqlar ərəfəsində atılıb. Amerikanın “Axios” portalının məlumatına görə, bu görüş Romada baş tutacaq.
Xatırladaq ki, aprelin 12-də Tehran və Vaşinqton arasında, Oman vasitəçiliyi ilə, İranın nüvə proqramı ətrafındakı vəziyyətin nizamlanması ilə bağlı dolayı danışıqlar keçirilib. İrani xarici işlər naziri Abbas Araqçi, ABŞ tərəfini isə prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff təmsil etmişdi. İranın Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş konstruktiv və sakit atmosferdə keçib. Danışıqlardan sonra Araqçi və Uitkoff, Omanın xarici işlər nazirinin iştirakı ilə qısa söhbət də aparıblar.

Kateqoriyalar