File engine/modules/calal/meteo.php not found.
1$ = 1.70₼

Dünya

KXDR Rusiya - Ukrayna müharibəsinə əsgərlərini göndərdiyini təsdiqləyib

28-apr-2025
Admin
KXDR Rusiya - Ukrayna müharibəsinə əsgərlərini göndərdiyini təsdiqləyib
Yazı Ölçüsü:
Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen İn əsgərlərin Rusiyaya Ukrayna qüvvələrini “məhv etmək” üçün göndərildiyini bildirib.
"PostMedia" "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, Şimali Koreya Rusiyaya əsgərlər göndərdiyini ilk dəfə rəsmi şəkildə təsdiqləyib." Ölkə Rusiyanın Ukraynaya qarşı apardığı müharibəni dəstəkləmək üçün Rusiyaya əsgərlər göndərib" - məlumatda yazılıb. Qeyd olunub ki, bu qüvvələr Ukrayna ordusunun ələ keçirdiyi Kursk bölgəsində Rusiyanın nəzarətini bərpa etməyə kömək edib.
"Bazar ertəsi Şimali Koreyanın rəsmi Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) tərəfindən yayımlanan bəyanatda, Hakim Fəhlə Partiyasının Mərkəzi Hərbi Komissiyası bildirir ki, Kim Çen İn Moskva ilə qarşılıqlı müdafiə sazişi çərçivəsində Rusiyanın silahlı qüvvələri ilə birgə döyüşmək üçün əsgərlər göndərib".
KCNA Kim Çen Inın sözlərini sitat gətirib:
"Əsgərlər "Ukraynalı neofaşist işğalçıları məhv edib Kursk bölgəsini azad etmək üçün Rusiya Silahlı Qüvvələri ilə əməkdaşlıqda" döyüşüblər".
"Ədalət uğrunda döyüşənlər hamısı qəhrəmandır və vətənin şərəfini təmsil edirlər," — deyə Kim bildirib.
KCNA əlavə edib ki, Şimali Koreya "Rusiya Federasiyası kimi qüdrətli bir dövlətlə ittifaq qurmağı böyük şərəf sayır."
Xatırladaq ki, Rusiya tərəfi Kursk bölgəsinin azad edilməsində Şimali Koreya əsgərlərinin iştirakını rəsmi olaraq aprelin 26-da təsdiq edib.
Kateqoriyalar