File engine/modules/calal/meteo.php not found.
1$ = 1.70₼

Dünya

ABŞ-nin münaqişəni nizamlanması ilə bağlı təkliflər rədd edilib

25-apr-2025
Admin
ABŞ-nin münaqişəni nizamlanması ilə bağlı təkliflər rədd edilib
Yazı Ölçüsü:

ABŞ-nin münaqişəni nizamlanması ilə bağlı təkliflər rədd edilib
"PostMedia"ın "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, əsas fikir ayrılıqları “ərazi məsələlərinin həllində" yaranıb.
Avropa İttifaqı və Ukrayna ABŞ-ın Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı bir sıra təkliflərini rədd ediblər. Bu barədə Reuters agentliyi məlumat verib. Agentliyin ixtiyarında 23 apreldə Londonda keçirilmiş danışıqlarda ABŞ tərəfindən təqdim olunan sənəd olub.
"Reuters" qeyd edir ki, ABŞ təklifləri ilə Avropa-Ukrayna mövqeləri arasındakı əsas fikir ayrılıqları “ərazi məsələlərinin ardıcıllıqla həlli, Rusiyaya qarşı sanksiyaların ləğvi, təhlükəsizlik zəmanətləri və Ukrayna ordusu” ilə bağlıdır.
Agentlik vurğulayıb ki, bu nəticələr iki sənədin müqayisəsi əsasında əldə edilib. Onlardan biri ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun 17 aprel tarixində Parisdə Avropa rəsmilərinə təqdim etdiyi və daha sonra Ukrayna tərəfinə də göndərilən təkliflər toplusudur. İkinci sənəd isə Avropa və Ukrayna tərəflərinin 23 aprel Londonda keçirdiyi danışıqların nəticəsidir və Vaşinqton nümayəndələrinə təqdim olunub.

Kateqoriyalar