File engine/modules/calal/meteo.php not found.
1$ = 1.70₼

Dünya

Peyklər arasında eksperimental “duel” keçirilib

06-may-2025
Admin
Peyklər arasında eksperimental “duel” keçirilib
Yazı Ölçüsü:
Hindistanın Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) apreldə SpaDeX kosmik missiyası çərçivəsində iki peyk arasında kosmik döyüşü simulyasiya edən eksperiment aparıb.
"PostMedia" xəbər verir ki, bu barədə NDTV telekanalı 4 43 iç mo km sürətlə yaxınlaşma manevri həyata keçiriblər və bu hərəkət iki kosmik aparat arasında döyüşü təqlid edib.
Bu hadisədən əvvəl həmin peyklər ISRO tarixində ikinci dəfə uğurla orbitdə avtonom birləşmə və ayrılma əməliyyatını icra etmişdilər.
Əslində bu yaxınlaşma manevri uçuş proqramında nəzərdə tutulmayıb, lakin hər iki aparatın göyərtəsində artıq qalmış yanacaqdan istifadə etmək üçün bu eksperimentə qərar verilib.
NDTV qeyd edir ki, bu sınaq Hindistanın kosmik texnologiyalar sahəsində irəliləyişinin göstəricisidir.
Qeyd edək ki, ISRO adıçəkilən peykləri orbitdə birləşmə texnologiyalarını sınaqdan keçirmək məqsədilə 2023-cü il dekabrın 30-da Şriharikota kosmodromundan orbitə buraxıb.
Bu texnologiya Hindistanın gələcəkdə planlaşdırdığı pilotlu kosmik uçuşlar üçün mühüm əhəmiyyət daşıyır.
Peyklər təxminən 470 km yüksəklikdə yerləşdirilib. 16 yanvarda onların uğurlu birləşməsi, 13 martda isə ayrılması həyata keçirilib.Hindistan bu cür əməliyyatı kosmosda yerinə yetirən dördüncü ölkə olub.
Kateqoriyalar