File engine/modules/calal/meteo.php not found.
1$ = 1.70₼

Dünya

NASA-nın Kosmik Tədqiqatlar İnstitutu baş qərargahını itirir

25-apr-2025
Admin
NASA-nın Kosmik Tədqiqatlar İnstitutu baş qərargahını itirir
Yazı Ölçüsü:
ABŞ-nin Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA), 50 ildən artıq müddətdə yerləşdiyi binadan imtina etmək qərarına gəlib. Bu addım ABŞ Prezidenti Donald Tramp administrasiyasının həyata keçirtdiyi federal icarə proqramlarının yenidən qiymətləndirilməsi ilə əlaqədardır. "PostMedia" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi NASA-nın mətbuat katibi Betani Stivensə istinadla məlumat yayıb.
Stivensin sözlərinə görə, institutun əməkdaşları binanı mayın sonuna qədər tərk etməlidirlər. Qeyd olunub ki, bu, institutun fəaliyyətini tam dayandırması anlamına gəlmir — əməkdaşlar işlərini məsafədən davam etdirəcəklər.
NASA-nın Qoddard adına Kosmik Tədqiqatlar İnstitutu 1961-ci ildə yaradılıb və Kosmik Uçuşlar Mərkəzinin tərkibinə daxildir. Onun tədqiqat proqramları əsasən təbii və insan fəaliyyəti nəticəsində yaranan təsirlərin Yer kürəsinin mühiti və yaşanabilirliyi üzərindəki təsirini öyrənməyə yönəlib.
Kateqoriyalar