File engine/modules/calal/meteo.php not found.
1$ = 1.70₼

Dünya

Litva BMT məhkəməsində Belarus əleyhinə iddia qaldırıb

19-may-2025
Admin
Litva BMT məhkəməsində Belarus əleyhinə iddia qaldırıb
Yazı Ölçüsü:

Litva BMT-nin Haaqadakı Beynəlxalq Məhkəməsində Belarus əleyhinə iddia qaldırıb.
Buna səbəb kimi Belarusun qeyri-qanuni miqrant axınının təşkili göstərilir.

"PostMedia" xəbər verir ki, bu barədə bu gün Litva Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 2021-ci ildən bəri Litvada qeyri-qanuni miqrantların sayı artıb. Litva tərəfi hesab edir ki, bu vəziyyətə Belarus hakimiyyəti bilavasitə səbəb olub.
“Litva BMT-nin Beynəlxalq Məhkəməsinə müraciət edərək Belarusun beynəlxalq hüquqa zidd şəkildə protokol pozuntularına görə məsuliyyətə cəlb edilməsini tələb edir,” – deyə Litva XİN-in rəsmi saytında qeyd olunub.
Həmçinin, Litva hökuməti sərhəd tikintisinə çəkilmiş xərclər də daxil olmaqla, dəymiş zərərə görə tam kompensasiya və Belarus tərəfindən “qanunsuz hərəkətlərin” təkrarlanmayacağına dair zəmanət tələb edib.

Kateqoriyalar