File engine/modules/calal/meteo.php not found.
1$ = 1.70₼

Dünya

İran və ABŞ arasında danışıqların beşinci raundunun tarixi və keçiriləcəyi yer məlumdur

21-may-2025
Admin
İran və ABŞ arasında danışıqların beşinci raundunun tarixi və keçiriləcəyi yer məlumdur
Yazı Ölçüsü:
İranın nüvə proqramı ətrafında fikir ayrılıqlarının həlli üzrə İran və ABŞ arasında danışıqların beşinci raundu 23 may tarixində Romada baş tutacaq.
"PostMedia" xəbər verir ki, bu barədə Omanın xarici işlər naziri Bədr əl-Busaidi “X” sosial şəbəkəsində yazıb.
“İran və ABŞ arasında danışıqların beşinci raundu 23 may, cümə günü Romada keçiriləcək”, – deyə vasitəçi qismində danışıqlarda iştirak edən nazir qeyd edib.
Qeyd edək ki, ABŞ və İran, Oman vasitəçiliyi ilə indiyədək artıq dörd raund danışıqlar aparıblar. Danışıqlarda İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Araqçi, ABŞ heyətinə isə prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff rəhbərlik edib.
Yeni razılaşmaya nail olmaq cəhdlərinə baxmayaraq, uranın zənginləşdirilməsi məsələsindəki fikir ayrılıqları danışıqların pozulması riskini artırıb. ABŞ tərəfi İranın nüvə obyektlərində uranın zənginləşdirilməsindən tamamilə imtina etməsini tələb edir.
İran isə uzun müddətdir ki, nüvə proqramının dinc məqsədlər üçün olduğunu bəyan edir.
İran və beynəlxalq “altılıq” – Böyük Britaniya, Almaniya, Çin, Rusiya, ABŞ və Fransa 2015-ci ildə Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) adlı sazişi imzalayıblar. Bu müqavilə 2004-cü ildə başlayan və Qərb ölkələrinin Tehranın nüvə silahı hazırladığına dair ittihamları ilə yaranan böhranın sona çatmasını simvolizə edirdi. Tramp prezidentliyi dövründə bu razılaşmadan çıxıb.
ABŞ-nın əvvəlki prezidenti Co Bayden dəfələrlə ölkəsinin sazişə qayıtmağa hazır olduğunu bildirib. “Altılıq” 2021-ci ilin aprelində BHFP-nin əvvəlki şərtlərlə bərpası üzrə danışıqlar aparsa da, onlar nəticəsiz başa çatıb.
Kateqoriyalar