2025-ci ilin yanvar-aprel aylarında ölkədə 16,7 milyard kubmetr təbii qaz hasil edilib.
“PostMedia” Energetika Nazirliyinin məlumatına istinadən xəbər verir ki, qazın 4,5 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin (AÇG), 9 milyard kubmetri “Şahdəniz”in, 0,5 milyard kubmetri “Abşeron” yatağının, 2,7 milyard kubmetrə yaxını isə SOCAR-ın payına düşüb.
2024-cü ilin eyni dövü ilə müqayisədə AÇG üzrə hasılat 100 milyon kubmetr 2,27%, SOCAR üzrə isə 100 milyon kubmetr və ya 3,85% artıb. Müvafiq olaraq bu göstəricilər “Şahdəniz” üzrə 200 milyon kubmetr yaxud 2,17% azalıb, “Abşeron” yağaı üzrə isə göstəricilər dəyişməyib.
Hesabat dövründə xaricə qaz satışı 8 milyard kubmetr təşkil edib ki, bu da illik müqayisədə 0,5 milyard kubmetr yaxud 5,88% azalma deməkdir. Bundan 4 milyard kubmetr (4,76% azalma) Avropaya, 3,1 milyard kubmetr Türkiyəyə (o cümlədən TANAP-la 1,9 milyard kubmetr (5,56% çox), 0,9 milyard kubmetr (18,18% az) Gürcüstana satılıb.