“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) 2026-2030-cu illər üçün biznes plan satın almaq istəyir.
“PostMedia” rəsmi mətbuata istinadən xəbər verir ki, QSC bu məqsədilə açıq tender elan edib.
Elanda qeyd edilir ki, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin 2026-2030-cu illər üçün biznes planının satın alınması məqsədilə açıq tenderində iştirakçılar müvafiq elektron poçt ünvanına yazılı müraciət etməklə prosedurun şərtlər toplusunu əldə edə bilərlər.
Təkliflərin təqdim olunması üçün son tarix 28 aprel 2025-ci il saat 17:00-dır.