NASA astronavtları Beynəlxalq Kosmik Stansiyada açıq kosmosa çıxıblar və hazırda proses canlı yayımlanır
"PostMedia" xəbər verir ki, ABŞ astronavtları Enn Makkleyn və Nikol Ayers bir sıra montaj işlərini yerinə yetirmək məqsədilə Beynəlxalq Kosmik Stansiyadan (BKS) açıq kosmosa çıxıblar. Hazırda NASA-nın rəsmi saytında bu prosesin canlı yayımı aparılır.
Bu, ABŞ-ın 93-cü kosmik gəzintisidir və təxminən 6 saat 35 dəqiqə davam edəcək.
Astronavtların kosmosa çıxışı ABŞ-ın Şərq Sahili vaxtı ilə saat 09:05-də (Bakı vaxtı ilə 16:05-də) skafandrların avtonom enerji rejiminə keçirilməsi ilə başlayıb. İşlər zamanı onlar iRosa günəş panellərindən biri üçün bərkidici konstruksiya yerləşdirirlər. Bu panellərin bu ilin sonuna kimi BKS-yə çatdırılması planlaşdırılır.
Bu, Makkleyn və Ayersin açıq kosmosa üçüncü çıxışıdır.
Canlı yayımı buradan izləmək mümkündür.