File engine/modules/calal/meteo.php not found.
1$ = 1.70₼

Qətl

Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxs edam edilib

21-may-2025
Admin
Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxs edam edilib
Yazı Ölçüsü:

İranın məhkəmə orqanları Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edən şəxsin bu gün edam olunduğunu açıqlayıb.

"PostMedia" xəbər verir ki, İranın Məhkəmə Sistemi edamın ölkənin Ali Məhkəməsinin qərarından sonra həyata keçirildiyini bildirib. Belə ki, Ali Məhkəmə aşağı instansiya tərəfindən çıxarılan ölüm hökmünü qüvvədə saxlayıb və hökm icraya yönəldilib.

Qeyd edək ki, 2023-cü il yanvarın 27-də Bakı vaxtı ilə saat 08:30-da Yasin Hüseynzadə "Kalaşnikov" tipli avtomat silahla Azərbaycanın İrandakı səfirliyinə hücum etmişdi. O, səfirliyin mühafizə postunu keçərək mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirmiş, daha iki əməkdaş – Vasif Tağıyev və Mahir İmanov isə yaralanmışdı. Onların müdaxiləsi nəticəsində hücumun qarşısı alınmışdı.

Hadisədən üç gün sonra, 2023-cü il yanvarın 30-da Azərbaycan Xarici İşlər Nazirliyi səfirliyin əməkdaşlarını və onların ailə üzvlərini Tehrandan geri çağırmış, səfirliyin fəaliyyəti müvəqqəti dayandırılmışdı. Hadisə ilə əlaqədar Dövlət Təhlükəsizlik Xidməti tərəfindən cinayət işi açılmışdı.

Prezident İlham Əliyevin 2023-cü il fevralın 3-də imzaladığı sərəncama əsasən, qətlə yetirilən Orxan Əsgərov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub. Yaralanan əməkdaşlardan Vasif Tağıyev 1-ci dərəcəli “Rəşadət” ordeninə, Mahir İmanov isə “Vətən uğrunda” medalı ilə təltif edilib.

Hadisədən sonra səfirlik tamamilə bağlanmışdı. 2023-cü il yanvarın 29-da diplomatik heyət və onların ailə üzvləri Bakıya təxliyə olunmuşdu.

İran və Azərbaycan arasında aparılan danışıqlar nəticəsində 2024-cü il iyulun 15-dən etibarən Azərbaycanın İrandakı səfirliyi yeni məkanda yenidən fəaliyyətə başlayıb.

İki il davam edən məhkəmə prosesindən sonra İran Ədliyyə Nazirliyi Yasin Hüseynzadə barəsində ölüm hökmü çıxarıldığını açıqlayıb. Hökm son mərhələdə İran Ali Məhkəməsi tərəfindən təsdiqlənib və bu gün icra edilib.

Kateqoriyalar