Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel 2022-ci ilin aprelində verdiyi açıqlamaya görə Prezident Rəcəb Tayyib Ərdoğana təzminat ödəyəcək.
"PostMedia" xəbər verir ki, məhkəmə bu gün keçirilib.
Məlumatda deyilir ki, həmin çıxışda Özel, Prezident Ərdoğanı məhkəmə sistemində müstəqilliyi ləğv etməkdə ittiham etmişdi.
Ərdoğanın vəkili Hüseyn Aydın bu gün keçirilən məhkəmənin qərarını ictimaiyyətə açıqlayıb. Məhkəmə Özelin çıxışını şəxsi hücum və böhtan kimi qiymətləndirərək, təzminat ödənilməsinə qərar verib.