File engine/modules/calal/meteo.php not found.
1$ = 1.70₼

Qarabağ

Paşinyan Bakıyla sülh müqaviləsi naminə konstitusiyanı dəyişdirməyə hazırdır

26-may-2025
Admin
Paşinyan Bakıyla sülh müqaviləsi naminə konstitusiyanı dəyişdirməyə hazırdır
Yazı Ölçüsü:
Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, əgər Konstitusiya Məhkəməsi Azərbaycanla sülh sazişini təsdiqləməsə, o zaman konstitusiyaya dəyişiklik edilməsinə şəxsən təşəbbüs göstərəcək.
"PostMedia" xəbər verir ki, o, bunu Yerevan Dialoqu adlı beynəlxalq forumda çıxışı zamanı deyib:
“Biz sazişi Konstitusiya Məhkəməsinə göndərməliyik. Burada seçim yoxdur. Əgər Konstitusiya Məhkəməsi qərara gəlsə ki, bu saziş Ermənistan qanunvericiliyinə uyğun deyil, mənim şəxsi mövqeyim ondan ibarətdir ki, mən konstitusiyaya dəyişikliklərin edilməsini tələb edəcəm. Çünki düşünürəm ki, sülh əldə etmək imkanını əldən vermək olmaz”.
Paşinyan həmçinin bəyan edib ki, Ermənistan və Azərbaycan arasında müharibə olmayacaq: "Bütün təxribatlara və mübahisələrə baxmayaraq, belə bir şey baş verməyəcək. Sülh olacaq və bu mənə tamamilə aydın görünür ".
Ermənistanın baş naziri xatırladıb ki, İrəvan və Bakı sülh müqaviləsi layihəsini razılaşdırıblar və onun tezliklə imzalanması üçün bütün əsaslar mövcuddur.
“Biz Azərbaycanla sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında müqavilənin mətnini son vəziyyətə gətirmişik. Mətn yekunlaşdırılıb və mən şəxsən bu sənədi imzalamağa hazır olduğumu bəyan etmişəm. Bilirsiniz, Azərbaycan bu sənədin imzalanmasını iki məsələ ilə rəsmi şəkildə əlaqələndirir. Onlardan birincisi ATƏT-in Minsk Qrupunun institutlarının ləğv olunmasıdır”.
O xatırladıb ki, ATƏT-in Minsk Qrupu Ermənistanla Azərbaycan arasında münaqişənin danışıqlar yolu ilə həllinə vasitəçilik etmək məqsədilə yaradılıb.
Paşinyan bildirib ki, İrəvan Minsk Qrupu strukturlarının ləğvi sənədini Bakı ilə sülh müqaviləsi ilə eyni vaxtda imzalamağa hazırdır.
“Biz təklif edirik ki, Azərbaycanla sülh müqaviləsini imzalayaq və paralel olaraq ATƏT-ə müraciət edib Minsk Qrupunun strukturlarını ləğv edək. Məncə bu, konstruktiv yanaşmadır,” – deyə Ermənistanın baş naziri vurğulayıb.
O, həmçinin bildirib ki, İrəvan Bakı ilə eyni düşüncə tərzində olduqlarına əmin olmaq istəyir.
Kateqoriyalar