File engine/modules/calal/meteo.php not found.
1$ = 1.70₼

Xarici xəbərlər

Ukrayna böhranı "Baydenin müharibəsidir" - Donald Tramp

14-apr-2025
Admin
Ukrayna böhranı "Baydenin müharibəsidir" - Donald Tramp
Yazı Ölçüsü:
ABŞ Prezidenti Donald Tramp Ukrayna böhranının Vaşinqton administrasiyasının əvvəlki rəhbəri Co Baydenin müharibəsi olduğunu xatırlatmağı istəyib.
PostMedia” xəbər verir ki, Tramp bu müharibəni dayandırmaq niyyətində olduğunu açıqlayıb:
“Bu, Baydenin müharibəsidir. Mənim müharibəm deyil. Mən burada çoxdan yoxam. Bu, Bayden dövründə başlayan müharibədir”, – Tramp Ağ Evin jurnalistlər qrupu ilə təyyarədə söhbəti zamanı vurğulayıb.
“Mən sadəcə onu dayandırmağa çalışıram ki, çoxlu sayda insan həyatını xilas edə bilək”, – deyə Tramp əlavə edib.
“O (Bayden) milyardlarla dollar verdi. O, buna imkan verməməli idi. Əgər onda bir az ağıl olsaydı - ki, bu da onda olmayıb və indi də bu sübut olunub – müharibəyə yol verməzdi” – deyə ABŞ Prezidenti sözlərini yekunlaşdırıb.
Kateqoriyalar