File engine/modules/calal/meteo.php not found.
1$ = 1.70₼

Xarici xəbərlər

Tramp Ağ Evə qayıtdıqdan sonra ilk tibbi müayinədən keçib

14-apr-2025
Admin
Tramp Ağ Evə qayıtdıqdan sonra ilk tibbi müayinədən keçib
Yazı Ölçüsü:
ABŞ Prezidenti Donald Tramp Ağ Evə qayıtdıqdan sonra keçirdiyi ilk tibbi müayinənin və koqnitiv testin nəticələri açıqlanıb.
Nəticələrə əsasən o, bütün suallara düzgün cavab verib və onda depressiya və narahatlıq əlamətləri aşkar edilməyib, həmçinin yerimə və balansla bağlı hər hansı pozuntu müşahidə olunmayıb. Tramp komandan və dövlət başçısı vəzifələrini yerinə yetirməyə tam hazırdır.
"PostMedia" xəbər verir ki, bu barədə prezidentin həkimi Şon Barbabellanın rəyində qeyd olunur.
Sənəddə bildirilir ki, Prezident Tramp əla koqnitiv və fiziki sağlamlığa malikdir, baş komandan və dövlət başçısı vəzifələrini yerinə yetirmək üçün tam uyğundur. Bu rəy bazar günü Ağ Ev tərəfindən dərc edilib.
Qeyd edək ki, BŞ-nin bundan öncəki prezidenti Bayden koqnitiv testdən imtina etmişdi.
Tramp ABŞ tarixində ən yaşlı prezidentdir: o, vəzifəyə başladığı gün əvvəlki prezident Co Baydendən bir neçə ay böyük olub.
Kateqoriyalar