File engine/modules/calal/meteo.php not found.
1$ = 1.70₼

Xarici xəbərlər

Hindistan silah ixracını artırmağa hazırlaşır - KİV

16-apr-2025
Admin
Hindistan silah ixracını artırmağa hazırlaşır - KİV
Yazı Ölçüsü:
Hindistan hakimiyyəti silah tədarükünü Afrikaya, Cənub-Şərqi Asiyaya və Cənubi Amerikaya artırmaq niyyətindədir.
"PostMedia" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məlumatda deyilir ki, Hindistan bununla yanaşı silah alışı üçün uzunmüddətli güzəştli kreditlər təqdim etməyə də hazırdır.
Məlumata əsasən, Hindistan hakimiyyəti kredit və ya siyasi risklər səbəbindən adi maliyyələşməyə çıxışı olmayan xarici alıcıları cəlb etmək məqsədilə belə addımlar atır. Adı çəkilməyən hind rəsmilərinin sözlərinə görə, Yeni Dehli 2026-cı ilin mart ayına qədər xarici nümayəndəliklərinə ən azı 20 yeni müdafiə attaşesi göndərməyi planlaşdırır. Bu attaşelər əsasən Əlcəzair, Argentina, Qayana, Kamboca, Mərakeş, Tanzaniya və Efiopiyaya göndəriləcək. Eyni zamanda Hindistan qərb ölkələrindəki hərbi attaşelərinin sayını azaltmağı planlaşdırır.
Agentliyin həmsöhbətlərinin bildirdiyinə görə, Hindistanın silah ixracına başlamağı planlaşdırdığı bazarlardan biri də Braziliyadır. Yeni Dehli artıq Braziliya hakimiyyəti ilə "Akash" zenit raket komplekslərinin tədarükü ilə bağlı danışıqlar aparır və Braziliya üçün döyüş gəmilərinin istehsalı üzrə müqavilə bağlamağa çalışır.
Qeyd edək ki, Hindistanın Müdafiə Nazirliyi əvvəlki il ərzində 236 milyard rupi (2,76 milyard ABŞ dolları) dəyərində müdafiə məhsulları ixrac etdiyini bildirib. Bu, əvvəlki illə müqayisədə 12% artım deməkdir.
Hindistan hazırda təxminən 100 ölkəyə silah satır. Xarici tərəfdaşlara top sistemləri, səsdən sürətli "BrahMos" qanadlı raketləri, zenit raketləri və "Pinaka" yaylım atəşi sistemləri, torpedolar, radarlar, təlim qurğuları, zirehli texnika, aviasiya texnikası (helikopter və təyyarələr daxil olmaqla), döyüş və patrul gəmiləri, tanklar və radioelektron mübarizə vasitələri ixrac olunur.
Kateqoriyalar