File engine/modules/calal/meteo.php not found.
1$ = 1.70₼

Xarici xəbərlər

PKK aprelin sonuna qədər özünü buraxa bilər

23-apr-2025
Admin
PKK aprelin sonuna qədər özünü buraxa bilər
Yazı Ölçüsü:

Türkiyədə qadağan edilmiş PKK apelin sonuna qədər özünü buraxa bilər.

"PostMedia" xəbər verir ki, bunu "Hürriyyət" qəzetin şərhçisi Abdulkadir Selvi qeyd edib.

Onun sözlkərinə görə, bu barədə Rəcəb Tayyib Ərdoğan artıq məlumatlandırılıb.
Türkiyədə qadağan olunmuş və terrorçu təşkilat kimi tanınan Kürd Fəhlə Partiyası (PKK) aprelin sonuna qədər özünü buraxmaq barədə qərar qəbul edəcək.
Respublikada hakim olan Ədalət və İnkişaf Partiyasının (AKP) rəsmi nümayəndəsi Ömər Çelik aprelin 21-də jurnalistlərə bildirib ki, cari ay ərzində uzun illərdir davam edən kürd məsələsinin həllində ciddi irəliləyişlər ola bilər. Bu istiqamətdə oxşar fikirləri prokürd DEM partiyasının nümayəndələri də səsləndiriblər. Qeyd olunub ki, onlar aprelin 22-də terror fəaliyyəti ilə əlaqədar ömürlük həbs cəzası çəkən PKK lideri Abdullah Öcalanla görüşüblər.
"Hakim AKP-nin kuluarlarında deyilir ki, Türkiyə prezidenti Ərdoğan PKK-nın silahlı qarşıdurmanı dayandırmaq və özünü buraxmaq qərarı barədə məlumatlandırılıb", – deyə Hürriyet qəzetinin şərhçisi Abdulkadir Selvi yazıb.
Qeyd edək ki, daha əvvəl Sözcü qəzeti mənbələrə istinadən yazıb ki, əsas qüvvələri İraqda yerləşən PKK, mayın 5-də İraq Kürdüstanının Süleymaniyyə şəhərində qurultay keçirə bilər və burada təşkilatın özünü buraxması məsələsinə baxılacaq. Məlumata görə, PKK-nın silahı yerə qoyması və buraxılması prosesi iyun ayına qədər tamamlanacaq.
Fevralın 27-də Mərmərə dənizindəki İmralı adasında həbsdə olan Öcalan, PKK ilə əlaqəli bütün qrupları silahı yerə qoymağa, Türkiyə ilə münaqişəyə son qoymağa və təşkilatın özünü buraxmasına çağırıb. PKK isə bu çağırışa cavab olaraq, martın 1-də atəşkəs elan edib və qurultay keçirərək özünü buraxma məsələsinə baxmağa hazır olduğunu bildirib.
Türkiyə ilə PKK arasındakı münaqişə 1984-cü ildən bəri davam edir. Türkiyə hakimiyyəti PKK-nı milli təhlükəsizlik üçün təhdid sayır və ölkə daxilində onun tərəfdarlarına qarşı mütəmadi reydlər, həmçinin İraqın və Suriyanın şimalında hərbi əməliyyatlar aparır.

Kateqoriyalar