File engine/modules/calal/meteo.php not found.
1$ = 1.70₼

Xarici xəbərlər

Tramp yaxın vaxtlarda İranla bağlı qərar verəcəyini bildirib

14-apr-2025
Admin
Tramp yaxın vaxtlarda İranla bağlı qərar verəcəyini bildirib
Yazı Ölçüsü:
ABŞ Prezidenti Donald Tramp yaxın zamanlarda İranla bağlı qərar verəcəyini bildirib.
"PostMedia" xəbər verir ki, bu barədə o açıqlamasında deyib.
“Biz İranla bağlı qərarı çox tezliklə verəcəyik”, – deyə o, Ağ Evin jurnalistlər qrupu ilə təyyarədə söhbəti zamanı bildirib.
12 apreldə Omanda Tehran və Vaşinqton nümayəndələrinin İranın nüvə proqramı ətrafında vəziyyətin tənzimlənməsi ilə bağlı ilk məsləhətləşmələri baş tutub. İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Araqçi, ABŞ tərəfinə isə prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff rəhbərlik edib. İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş konstruktiv və sakit atmosferdə keçib, tərəflər məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər.
Bazar günü İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Əsmail Baqai bildirib ki, İran və ABŞ arasında dolayı danışıqların ikinci mərhəlısi Omanda keçirilə bilməz, lakin bu ölkə vasitəçi rolunu davam etdirəcək. Axios portalının mənbələri qeyd edib ki, danışıqların keçiriləcəyi yerin dəyişdirilməsi ABŞ administrasiyasının təşəbbüsü ilə baş verib. Portal həmçinin qeyd edib ki, ABŞ və İran arasında ikinci raund danışıqlar aprelin 19-u Romada keçirilə bilər.
Kateqoriyalar