File engine/modules/calal/meteo.php not found.
1$ = 1.70₼

Xarici xəbərlər

Gürcüstan hökuməti azərbaycanlıları deportasiya edib

19-may-2025
Admin
Gürcüstan hökuməti azərbaycanlıları deportasiya edib
Yazı Ölçüsü:
Gürcüstanda 33-dən çox xarici vətəndaş, o cümlədən azərbaycanlılar deportasiya olunub. Qeyri-qanuni miqrantların bir hissəsi Gürcüstanı könüllü tərk edib, digərləri isə məcburi qaydada çıxarılıb.
"PostMedia" xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları 33-dən çox xarici vətəndaşı, o cümlədən Azərbaycan vətəndaşlarını deportasiya ediblər. Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
DİN-in məlumatına görə, son günlər ərzində həyata keçirilmiş tədbirlər nəticəsində Gürcüstandan Azərbaycan, Banqladeş, Misir, Hindistan, İordaniya, İraq, İran, Çin, Pakistan, Rusiya, Türkmənistan və Türkiyə vətəndaşları deportasiya olunub.
Qeyri-qanuni miqrantların bir qismi ölkəni könüllü şəkildə tərk edib, digərləri isə məcburi qaydada çıxarılıb. Deportasiya edilən şəxslərin Gürcüstana girişinə qadağa qoyulub.
Qeyd edək ki, Gürcüstan DİN may ayında bildirmişdi ki, apreldə ölkədən 96 qeyri-qanuni miqrant çıxarılıb.
Kateqoriyalar