File engine/modules/calal/meteo.php not found.
1$ = 1.70₼

Xarici xəbərlər

ABŞ hakimiyyətinin qanunsuz miqrantları tapmaq üçün tibbi sığorta məlumatlarından istifadə etdiyi iddia ediliir

17-apr-2025
Admin
ABŞ hakimiyyətinin qanunsuz miqrantları tapmaq üçün tibbi sığorta məlumatlarından istifadə etdiyi iddia ediliir
Yazı Ölçüsü:
ABŞ-nin İmmiqrasiya və Gömrük Nəzarəti Xidməti (ICE) və Hökumətin Effektivliyinin Artırılması İdarəsi (DOGE) qeyri-qanuni miqrantları müəyyən etmək məqsədilə tibbi sığorta proqramlarının məlumatlarından istifadə etməyi planlaşdırır.
PostMedia" bu barədə "The Washington Post" nəşrinə istinad edərək xəbər verir.
Məlumata görə, ABŞ hakimiyyəti "Medicaid" və "Medicare" səhiyyə və tibbi sığorta proqramlarına aid xidmət mərkəzlərinin məlumat bazalarına çıxış əldə etmək istəyir. Bu bazalarda insanların sağlamlığı ilə bağlı məlumatlarla yanaşı, pasiyentlərin və istifadəçilərin ünvanları da yer alır. Görünür ki, miqrasiya xidməti məhz ünvan məlumatları ilə maraqlanır.
Qəzetin həmsöhbətləri – ABŞ səhiyyə sisteminin hazırkı və keçmiş əməkdaşları ICE və DOGE-un bu niyyətlərindən dərin narahatlıq duyduqlarını və bu addımların qanuniliyinə şübhə ilə yanaşdıqlarını bildiriblər.
Qeyde dək ki, ABŞ prezidenti Donald Tramp dəfələrlə ölkənin miqrasiya siyasətinin sərtləşdirilməsinin tərəfdarı olduğunu bəyan edib. O, yanvarın 20-də prezident vəzifəsinə başladıqdan sonra ABŞ-Meksika sərhədində fövqəladə vəziyyət rejiminin tətbiq edilməsi haqqında fərman imzalayıb. Daxili Təhlükəsizlik Nazirliyi hüquq-mühafizə orqanlarının səlahiyyətlərini genişləndirib və onların qanunsuz miqrantları immiqrasiya məhkəməsinin qərarı olmadan – yəni sürətləndirilmiş prosedurla – deportasiya etməsinə icazə verib.
Kateqoriyalar