File engine/modules/calal/meteo.php not found.
1$ = 1.70₼

Xarici xəbərlər

Hindistan və ABŞ Müdafiə nazirləri Kəşmirdəki terror aktını müzakirə ediblər

01-may-2025
Admin
Hindistan və ABŞ Müdafiə nazirləri Kəşmirdəki terror aktını müzakirə ediblər
Yazı Ölçüsü:

Hindistanın müdafiə naziri Rajnath Sinqh ABŞ müdafiə naziri Pit Hegsetlə danışıqlar apararaq Cammu və Kəşmirdə baş verən terror aktını müzakirə edib.

"PostMedia" Cənubi Asiya ölkəsinin Müdafiə Nazirliyinin məlumatına istinadən xəbər verir ki, Hegset Pahalgamda baş vermiş terror aktı nəticəsində günahsız insanların faciəvi şəkildə həlak olması ilə bağlı dərin hüznlə başsağlığı verib. "Hegset bildirib ki, ABŞ Hindistanla həmrəydir və onun özünü müdafiə etmək hüququnu dəstəkləyir. O, ABŞ hökumətinin Hindistanın terrorla mübarizəsini qəti şəkildə dəstəklədiyini təsdiqləyib”, – deyə məlumatda qeyd olunur.
Sinqh amerikalı həmkarı ilə söhbət zamanı bildirib ki, “Pakistan terrorçu təşkilatları dəstəkləmək, onları hazırlamaq və maliyyələşdirmək təcrübəsinə malikdir".
Beynəlxalq ictimaiyyət bu cür iyrənc terror aktlarını açıq və birmənalı şəkildə qınamalıdır”, – deyə Hindistan Müdafiə Nazirliyi əlavə edib.
Xatırladaq ki, aprelin 22-də Hindistana məxsus Cammu və Kəşmir birliyində yerləşən məşhur turistik şəhər Pahalgamda silahlı şəxslər terror aktı törədib. Xaki rəngli geyimdə olan hücumçular avtomat silahlardan atəş açıblar. 25 Hindistan vətəndaşı və bir Nepal vətəndaşı həlak olub, çox sayda insan yaralanıb. Hücum edənlər hadisə yerindən qaça biliblər. Hindistan kəşfiyyat xidmətləri hücumda iştirak edən terrorçu qruplaşmasının Pakistanın Hərbi Kəşfiyyat Xidmətinə (ISI) bağlı olduğunu təsdiqləyən sübutlar aşkar edib.

Kateqoriyalar