Ermənistanda əhalinin yalnız üçdə biri “Avropa perspektivinə” inanır.
"PostMedia" TASS-a istinadən xəbər verir ki, Gallup International-ın Ermənistan nümayəndəliyinin apardığı sorğunun nəticələrinə əsasən, Ermənistan vətəndaşlarının böyük hissəsi ölkənin Avropa İttifaqına üzv ola biləcəyinə inanmır.
Ermənilərin yalnız 37%-i Ermənistanın Aİ-yə üzv olacağına inanır. 18,5%-i isə bu təşəbbüsü seçki kampaniyası kimi görür.
Respondentlərin 38%-i Paşinyanın impiçment təşəbbüsünü müsbət qiymətləndirib, 44%-i isə mənfi və ya qismən mənfi yanaşıb.
Paşinyanın hakimiyyətdən getməsi üçün ən çox dəstəklənən variant növbədənkənar seçkilərdir (36,4%), ardınca istefa (29,8%) gəlir.