"Avropa Siyasi Birliyi"nin Zirvə görüşü 2028-ci ildə Azərbaycanda baş tutacaq.
"PostMedia" xəbər verir ki, bu məlumatı Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta verib.
“Tiranadakı uğurlu Zirvə görüşündən sonra, "Avropa Siyasi Birliyi" 2025-ci ilin oktyabrında Kopenhagendə yenidən bir araya gələcək. Bu tədbir liderlər səviyyəsində Ümumavropa siyasi dialoqu üçün əhəmiyyətli bir platformaya çevrilmişdir”, - deyə Koşta bildirib.
O, həmçinin zirvə görüşünün 2026-cı ildə Ermənistan və İrlandiyada, 2027-ci ildə İsveçrə və Yunanıstanda, 2028-ci ilin ilk yarısında Azərbaycanda və ilin ikinci yarısında Latviyada keçiriləcəyini qeyd edib.