Polşada prezidentliyə namizəd Avropa İttifaqının bayrağını tapdalayıb.
"PostMedia" Tass-a istinadən xəbər verir ki, Polşa prezidentliyinə namizəd və Avropa Parlamenti deputatı Gjeqoj Braun Katovitsedəki Sənaye Nazirliyində Avropa İttifaqı bayrağını cırıb, tapdalayıb və ayaqqabılarını onunla silib. O, “Bura Polşadır, Brüssel yox” deyərək Aİ-ni “düşmən təşkilat” adlandırıb.
Braun əvvəllər də qalmaqallı hərəkətləri ilə tanınıb. Belə ki, 2023-cü ildə Sejm binasında hanuka şamlarını söndürüb, Aİ bayrağının seçki məntəqəsindən çıxarılmasına nail olub.
Bu gün Avropa Parlamenti onu deputat toxunulmazlığından məhrum edib.