File engine/modules/calal/meteo.php not found.
1$ = 1.70₼

Dünya

Səudiyyə şahzadəsinin yeni süni intellekt layihəsi - Tramp, Mask, Altman və Zukerberqdən dəstək

13-may-2025
Admin
Səudiyyə şahzadəsinin yeni süni intellekt layihəsi - Tramp, Mask, Altman və Zukerberqdən dəstək
Yazı Ölçüsü:

Səudiyyə Ərəbistanının şahzadə Məhəmməd bin Salman ölkənin süni sektorunu gücləndirmək məqsədilə “Humain” adlı yeni bir süni intellekt şirkəti yaradıb.

“PostMedia”a xarici mediaya istinadən xəbər verir ki, şirkət ölkədə süni intellekt infrastrukturunun qurulması, o cümlədən məlumat mərkəzlərinin tikintisini planlaşdırır.

Bu xəbər ABŞ-Səudiyyə sərmayə forumu ərəfəsində yayılıb. Forum çərçivəsində İlon Mask, Sam Altman və Mark Zukerberqin iştirak edəcəyi gözlənilir və tədbirdə süni intellekt mövzusunun əsas müzakirə mövzusu olacağı bildirilir.

ABŞ Prezidenti Donald Tramp da bölgəyə səfəri çərçivəsində bu həftə Səudiyyə Ərəbistanını ziyarət etməyə hazırlaşır.

“Humain” şirkəti Səudiyyə Ərəbistanının təxminən 940 milyard dollar aktivə nəzarət edən Dövlət Sərmayə Fondu (PIF) tərəfindən maliyyələşdirilir. Bu fond şahzadənin ölkə iqtisadiyyatını neftdən kənar sahələrdə də inkişaf etdirmək hədəfinin əsas sütunlarından biridir.

Amerikalı texnologiya nəhəngləri də zəngin Səudiyyə fondunu maliyyə mənbəyi kimi görür.

”Google” və “Salesforce” kimi şirkətlər son zamanlar PIF-lə süni intellekt layihələri və sərmayələri üzərində əməkdaşlıq edir.

Kateqoriyalar