File engine/modules/calal/meteo.php not found.
1$ = 1.70₼

Xarici xəbərlər

ABŞ yeni ticarət sazişlərindən imtina edən ölkələr üçün şərtləri özü müəyyən edəcək - Tramp

23-apr-2025
Admin
ABŞ yeni ticarət sazişlərindən imtina edən ölkələr üçün şərtləri özü müəyyən edəcək - Tramp
Yazı Ölçüsü:
ABŞ, Vaşinqtonla yeni sazişlər bağlamaqdan imtina edən ölkə və ərazilərlə ticarət şərtlərini birtərəfli qaydada özü müəyyən edəcək. "PostMedia" xəbər verir ki, bunu Ağ Evdə jurnalistlərlə söhbətində ABŞ prezidenti Donald Tramp bildirib.
Çinlə aparılan ticarət danışıqlarını şərh edən Tramp, ABŞ-ın bu sahədə sərt yanaşma ilə hərəkət etmək fikrində olmadığını bildirib. “Biz istəyirik ki, onlar (Çin hakimiyyəti) bu prosesə cəlb olunsunlar. Amma onlar və digər ölkələr saziş imzalamalıdır. Əgər saziş imzalanmasa, o zaman biz özümüz şərtləri müəyyən edəcəyik”, – deyə o bildirib. “Sazişin şərtlərini biz diktə edirik: (ABŞ-ın maliyyə və ticarət nazirləri) Skott, Hovard, mən və digərləri. Biz sazişin şərtlərini müəyyənləşdirəcəyik. Və bu, hər kəs üçün ədalətli saziş olacaq”, – deyə Tramp əlavə edib.
O, həmçinin bildirib ki, yeni ticarət razılaşmalarının rəsmiləşdirilməsi prosesi sürətli gedəcək. “Düşünürəm ki, bu proses kifayət qədər tez gedəcək. Biz bir çox ölkələrlə danışdıq, onların fikirlərini dinlədik”, – deyə prezident vurğulayıb.
Tramp aprelin 2-də 185 ölkə və ərazidən idxal olunan məhsullara gömrük rüsumlarının tətbiqini elan edib.
Qeyd edək ki, Azərbaycan da bu siyahıya daxildir. Tariflər çərçivəsində ABŞ-ə idxal olunan məhsullara 10% gömrük rüsumu tədbiq olunur.
Kateqoriyalar