İran hakimiyyəti Bəndər-Abbas limanındakı partlayışın səbəbini açıqlayıb.
"PostMedia" xəbər verir ki, İranın daxili işlər naziri İskəndər Mömini, Mehr agentliyinin məlumatına görə, Bəndər-Abbas şəhərindəki limanda baş verən partlayışın səbəbinin səhlənkarlıq olduğunu bildirib.
"Hadisənin araşdırılması üçün komissiya yaradılıb, günahkarlar saxlanılıb, onlar partlayışla bağlı bəzi məsələləri izah ediblər, araşdırma davam edir. Mən artıq dünən bu faciənin necə baş verdiyini izah etmişdim. Burada səhlənkarlıq, xüsusilə təhlükəsizlik qaydalarının pozulması və ehtiyatsızlıq olub," — deyə Mömini bildirib.
O əlavə edib ki, limana yanğının söndürülməsinə kömək üçün gələn Rusiya təyyarələri hələlik istifadə olunmayıb, lakin zərurət yaranarsa, onlardan istifadə edilə bilər.
Qeyd edək ku, güclü partlayış aprelin 26-da Bəndər-Abbas şəhərindəki Şəhid Rəcai limanında baş verib. Yerli KİV-lərin yazdığına görə, partlayış o qədər güclü olub ki, onu Bəndər-Abbasdan təxminən 20 kilometr məsafədə yerləşən Fars körfəzindəki Kişm adasında da eşidiblər.