File engine/modules/calal/meteo.php not found.
1$ = 1.70₼

Xarici xəbərlər

İran ABŞ ilə danışıqların uğurla yekunlaşacağına inanır

23-apr-2025
Admin
İran ABŞ ilə danışıqların uğurla yekunlaşacağına inanır
Yazı Ölçüsü:

İranda hesab edirlər ki, ABŞ ilə qısa müddətdə razılaşma əldə etmək mümkündür.

"PostMedia" xəbər verir ki, İslam Respublikasının hökumət nümayəndəsi Fatimə Mohacirani bildirib ki, Tehran indiyədək Oman və Romada ABŞ ilə İranın nüvə proqramı ətrafında böhranın həlli üzrə aparılan bütün danışıqların yaxşı və səmərəli keçdiyini hesab edir.
İran hökumətinin nümayəndəsi Fatimə Mohacirani bəyan edib ki, ABŞ ilə İranın nüvə proqramı üzrə aparılan danışıqlarda İslam Respublikası üçün milli maraqların qorunması vacibdir. Bununla belə, Tehranın maraqlarına uyğun əlverişli bir razılaşmanın yaxın vaxtlarda əldə edilməsi mümkündür.
“Biz tələsmirik, lakin prosesi də ləngitmirik. Hesab edirik ki, milli maraqları nəzərə alan yaxşı bir razılaşmaya qısa müddət ərzində nail olmaq realdır”, – deyə o, mətbuat konfransında qeyd edib.
Onun sözlərinə görə, Tehran hesab edir ki, ABŞ ilə İranın nüvə proqramı ətrafında böhranın həlli üçün keçirilən bütün danışıqlar – istər Oman, istərsə də Romada – səmərəli keçib.
Aprelin 19-da Romada İran və ABŞ arasında Oman vasitəçiliyi ilə Tehranın nüvə proqramı ətrafındakı vəziyyətin nizamlanması üzrə danışıqların ikinci raundu baş tutub. ABŞ nümayəndə heyətinə Prezidentin xüsusi elçisi Stiven Uitkoff, İran tərəfinə isə xarici işlər naziri Abbas Əraqçi rəhbərlik edib. Əraqçinin sözlərinə görə, tərəflər bir sıra məsələlər üzrə böyük qarşılıqlı anlaşma əldə ediblər. Əraqçi və Uitkoff arasında növbəti görüş 26 aprel tarixində, 23 aprelə planlaşdırılmış texniki səviyyəli məsləhətləşmələrdən sonra keçiriləcək.

Kateqoriyalar