File engine/modules/calal/meteo.php not found.
1$ = 1.70₼

Dünya

ABŞ ticarət naziri və Elon Mask Makronun həyat yoldaşının silləsini müzakirə edib

31-may-2025
Türkan Nəbi
ABŞ ticarət naziri və Elon Mask Makronun həyat yoldaşının silləsini müzakirə edib
Yazı Ölçüsü:

ABŞ Ticarət naziri Hovard Latnik və biznesmen, İlon Mask zarafatla bildirdilər ki, Maskın sağ gözünün altındakı göyərməni Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit vurmuş ola bilər.
PostMedia” xəbər verir ki, əvvəllər ABŞ hökumətində işin səmərəliliyini artırma üzrə agentliyə (DOGE) rəhbərlik etmiş Maskın yenidən özəl sektora qayıtmasına həsr olunmuş, Latnikin də iştirak etdiyi mətbuat konfransında jurnalistlər sahibkardan gözünün altındakı göyərmənin hardan gəldiyini soruşublar. O cavabında: “Mən Fransaya yaxın heç bir yerdə olmamışam”, – deyib. Latnik isə “Fransanın birinci xanımı” - deyə, zarafatla onun sözünə əlavə edib. Öz növbəsində ABŞ prezidenti Donald Tramp bildirib ki, o, heç bir göyərmə görməyib.
Bundan sonra Mask izah etdi ki, göyərmənin səbəbi beş yaşlı oğlunun onu vurmasıdır. “Mən ona dedim: ‘Gəl, üzümə vur’. O da vurdu”, – deyə sahibkar hadisəni danışıb. “O anda demək olar ki, heç nə hiss etmədim, amma görünür ki, sonra göyərmə əmələ gəlib”, – deyə əlavə edib.

Kateqoriyalar