File engine/modules/calal/meteo.php not found.
1$ = 1.70₼

Xarici xəbərlər

İran uranın zənginləşdirilməsini milli qürur hesab edir

20-may-2025
Admin
İran uranın zənginləşdirilməsini milli qürur hesab edir
Yazı Ölçüsü:

İran hakimiyyəti hesab edir ki, zənginləşdirilmiş uran istehsalı ölkəni toxunulmaz edəcək, ABŞ isə bu cəhdi çəkindirmə vasitəsi yaratmaq kimi qiymətləndirir.

"PostMedia" xəbər verir ki, bu barədə ABŞ dövlət katibi, eyni zamanda prezidentin milli təhlükəsizlik üzrə müvəqqəti köməkçisi Marko Rubio bəyan edib.
"İranın mövqeyi ondan ibarətdir ki, onlara təkcə nüvə enerjisi lazım deyil. Onlar iddia edirlər ki, uran zənginləşdirmə milli qürur məsələsidir. Biz isə hesab edirik ki, zənginləşdirmə onlara çəkindirmə vasitəsi kimi lazımdır. Onlar düşünürlər ki, bu, onlara nüvə silahı istehsal etmək üçün texniki imkanlara malik “qapıdakı” nüvə dövləti statusunu qazandıracaq və nəticədə onlar toxunulmaz olacaqlar. Məhz bu, indi qarşılaşdığımız vəziyyətin mahiyyətidir", – deyə Rubio ABŞ Konqresinin Senatının xarici işlər komitəsində keçirilən dinləmələrdə bildirib.
Qeyd qeyd edək ki, İranın ali lideri ayətullah Əli Xamenei ABŞ ilə Tehran nüvə proqramı ətrafında yaranmış böhranın həlli üzrə danışıqların effektivliyinə şübhə etdiyini bildirib. Onun fikrincə, İslam Respublikasından uran zənginləşdirməni dayandırmağı tələb etmək böyük səhvdir.
Vaşinqton isə bəyan edib ki, Tehran uran zənginləşdirmədən imtina etməli və nüvə proqramını faktiki olaraq dayandırmalıdır. İran Xarici İşlər Nazirliyi sanksiyalar götürüləcəyi təqdirdə, İslam Respublikası hakimiyyəti ABŞ ilə uran zənginləşdirmə səviyyəsi və həcminin məhdudlaşdırılması məsələsini müzakirə etməyə hazır olduğunu bildirsə də nüvə proqramını dayandırmaq niyyətində oldmadığını deyib. Çünki sülhməramlı atom enerjisindən istifadə hüququ Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləni imzalamış bütün ölkələrə aiddir və Tehran bu müqaviləyə ilk qoşulanlardan biridir.
ABŞ və İran arasında Oman vasitəçiliyi ilə Tehran nüvə proqramı ətrafında fikir ayrılıqlarının həlli üzrə dörd raund danışıqlar keçirilib. İran nümayəndə heyətinə xarici işlər nazirinin müavini Abbas Araqçi, ABŞ nümayəndə heyətinə isə prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff rəhbərlik edib. İran və ABŞ arasında beşinci danışıqlar raundunun 24–25 may tarixlərində Romada keçirilməsi mümkündür.

Kateqoriyalar